Hindistan dünyanın ən çox əhalisi olan ölkəsi olacaq

13:01 11 Aprel 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) Hindistanın aprelin sonuna qədər dünyanın ən sıx məskunlaşdığı ölkə olacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT Hindistanın yaxın iki həftə ərzində Çini keçərək dünyanın ən sıx əhalisinə malik ölkəsi olacağını açıqlayıb. Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma covid-19 epidemiyası səbəbindən bu ilə təxirə salınıb. Hindistan əhalisinin 1,4 milyarda çatacağı gözlənilir.

Mütəxəssislər əhalinin sayının azalmasına Çinin 1979-2016-cı illər arasında həyata keçirdiyi “bir uşaq” siyasəti, yüksək yaşayış və təhsil xərcləri və son 3 ildə tətbiq edilən sərt “sıfır Covid” siyasətinin səbəb olduğunu bildirirlər.

Ailələrə 2016-cı ildə 2, 2021-ci ildə isə 3 uşaq dünyaya gətirməyə icazə verildiyi halda, azalan doğum nisbətini artırmaq üçün güzəştlər, vergilərin azaldılması və daha yaxşı səhiyyə xidməti tətbiq edilsə də, doğum nisbəti davamlı olaraq artmayıb. Çinin uzun müddətdir ki, "dünyanın ən sıx məskunlaşdığı ölkə" titulunun tezliklə Hindistana keçəcəyi gözlənilir. https://www.facebook.com/watch/?ref=external&v=719946999817124



Xəbər xətti