Qazaxıstan bəzi neft məhsullarının ixracına qadağa qoyub

16:40 11 Aprel 2023

Qazaxıstanda aviasiya yanacağı, dizel və bitum kimi bəzi neft məhsullarının ixracı 31 dekabr 2024-cü ilə qədər qadağan edilib.

Sitat.info xəbər verir ki, Qazaxıstanın Energetika Nazirliyinin dərc etdiyi fərmanda qeyd olunub: “Bəzi neft məhsullarının Qazaxıstan ərazisindən Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara çıxarılması 2024-cü il dekabrın 31-dək qadağan edilib”.

Belə ki, daxili bazarda kəsirin qarşısını almaq üçün aviasiya yanacağı, dizel, qazoyl və bitum kimi bəzi neft məhsulları ölkədən çıxarılmayacaq.

Məğrur

Sitat.info



Xəbər xətti