Aprelin 10-na Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 11 milyonu ötüb.
Sitat.info xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin Twitter hesabında edilən paylaşımda Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana intensiv miqrasiyanın olduğu xatırladılıb.
Təkcə dünən Ukraynadan ölkəyə 20 min nəfərin daxil olduğunu qeyd edərək: “Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib”, - deyə bildirilib.
Polşanı tərk edən ukraynalıların ümumi sayının 9 milyon 259 min nəfər olduğu qeyd edilib.
Polşanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87%-i qadın və uşaqlardır.
Məğrur
Sitat.info