Rusiya istehsalı olan proqram YouTube-u geridə qoydu

10:25 12 Aprel 2023

Telegram messenceri rusiyalı istifadəçilər arasında YouTube-u ötüb,

Sitat.info-nun məlumatına görə, TASS xəbər agentliyi media monitorinqi şirkəti Mediascope-un təqdim etdiyi statistik məlumatlara əsasən xəbər verir.

Telegram-ın gündəlik izləyici sayı 50,9 milyon, Google-a məxsus video platforma YouTube-un gündəlik izləyici sayı isə 50,7 milyon olaraq qeyd olunub.

WhatsApp-ın Rusiya istehsalı olan rəqibi Telegram 2013-cü ildə Sankt-Peterburqda istifadəyə verilib. Onu Sankt-Peterburqdan olan iki qardaş Pavel və Nikolay Durov canlandırıb.

Platforma 2017-ci ildən qanuni olaraq Dubayda yerləşir.

Pavel Durovun da təsis etdiyi Facebook-un rusiyalı ekvivalenti olan Vkontakte (VK) sosial media şəbəkəsi ötən ay gündəlik 53,3 aktiv istifadəçiyə çataraq, Rusiyada gündəlik izləyici sayına görə həm Telegram, həm də YouTube-u geridə qoyub.

TASS xəbər verir ki, qadağaya baxmayaraq, ötən ay Rusiyada Facebook və Instagram-ın gündəlik izləyicilərinin sayı 1,8 milyon və Instagram-ın sayı 7,1 milyona çatıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti