ABŞ təhlükəsizlik rəsmisi bildirib ki, rusiyalı hakerlər yardım karvanları haqqında kəşfiyyat məlumatı toplamaq üçün Ukraynadakı qəhvəxanaların şəxsi təhlükəsizlik kameralarına sızıblar.
Sitat.info xəbər verir ki, Milli Təhlükəsizlik Agentliyinin kibertəhlükəsizlik üzrə direktoru Rob Coys bildirib ki, Rusiya və Rusiya dövləti tərəfindən dəstəklənən hakerlər “işğalın bir hissəsi” kimi Ukraynanın İT sistemlərinə hücumları davam etdirirlər.
Coys, rus hakerlərinin yardım karvanlarını və qatarlarını izləmək üçün veb-kameralara daxil olduqlarını müşahidə etdiklərini söyləyib.
"İnternetdə mövcud olan şəhər meydanından (kameralardan) istifadə etmək əvəzinə, onlar çayxananın təhlükəsizlik kamerasına baxır və görməli olduqları yolu görürlər", - ABŞ rəsmisi bildirib.
Coys həmçinin bildirib ki, hakerlər Ukraynaya silah tədarük zənciri haqqında daha çox məlumat əldə etmək üçün ABŞ müdafiə sənayesi istehsalçılarına və logistika şirkətlərinə də diqqət yetiriblər.
Seymur Bənnayev
Sitat.info