Elon Musk pulsuz mavi işarələrin nə vaxt çıxarılacağını açıqladı

11:12 12 Aprel 2023

Twitter-in baş direktoru Elon Musk, sosial media platformasının köhnə hesab doğrulama etiketlərinin gələn həftə silinəcəyini açıqlayıb. Dəyişikliklər o deməkdir ki, Twitter-ə ayda 8 və ya 11 dollar ödəyən hesablar mavi nişana sahib ola bilər.

Sitat.info xəbər verir ki, Tesla və SpaceX rəhbəri BBC-yə verdiyi müsahibədə Twitter-in köhnə mavi işarələrinin gələn həftəyə qədər tamamilə yox olacağını söyləyib.

Bu ayın əvvəlində Twitter köhnə təsdiqlənmiş hesabları və Twitter Blue abunəçiləri arasında fərq yaradan məlumatları silərək istifadəçilər arasında daha çox çaşqınlıq yaratmışdı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti