Maykl Jordanın ayaqqabıları rekord qiymətə satılır

11:19 12 Aprel 2023

Dünyaca məşhur basketbolçu Maykl Jordanın idman ayaqqabısı hərracda rekord qiymətə 2,2 milyon dollara alınıb.

Sitat.info xəbər verir ki, Sothebys hərrac evinin 2 ilə 4 milyon dollar arasında satılacağını təxmin etdiyi imzalı ayaqqabılar, Jordanın hərracda ən bahalı əşyaları arasında olub.

Ayaqqabı 2,2 milyon dollara alıcı tapıb.

Jordanın ayaqqabılarının əvvəlki rekord qiyməti 1,47 milyon dollar idi.

Basketbolçunun 1998-ci ildə NBA finalında geyindiyi forma keçən il 10,1 milyon dollara satılmışdı.

Cəmi 6 NBA çempionluğu, 2 Olimpiya Qızıl medalı və çoxsaylı digər mükafatların sahibi olan Maykl Jordan bütün zamanların ən böyük idmançılarından biri hesab olunur.

Məğrur

Sitat.info



Xəbər xətti