Tayvan: Adanın ətrafında Çinə aid 35 təyyarə və 8 gəmi aşkar edilib

11:29 12 Aprel 2023

Tayvan Müdafiə Nazirliyi, Çin ordusunun təşkil etdiyi hərbi təlimin sona çatdığının açıqlanmasından sonra dünən axşamdan bu günə qədər adanın ətrafında Çinə aid 35 hərbi təyyarə və 8 döyüş gəmisinin aşkar edildiyini bildirib.

Sitat.info xəbər verir ki, Nazirliyin açıqlamasına görə, 35 təyyarədən 15-i Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xətlərini keçdiyi və Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənliyi” elan etdiyi ərazi üzərində uçub.

Açıqlamada, 5 "SU-30", 4 "J-10", 4 "J-16" döyüş təyyarəsi və "BZK-005" tipli silahsız dronun Tayvan boğazındakı "orta xətti" keçdiyi, "KJ-200” tipli erkən xəbərdarlıq təyyarəsinin ADİZ-in cənub-qərb hissəsinə uçduğu bildirilib.

Uçuşlar və gəmi patrulları Tayvan lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra Çin ordusunun başlatdığı 3 günlük hərbi təlimin dayandırıldığını elan etdikdən sonra baş tutub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti