Aralıq dənizi üzərindən qeyri-qanuni miqrant axınının davam etməsi ilə əlaqədar İtaliyada fövqəladə vəziyyət elan edilib.
Sitat.info xəbər verir ki, İtaliya Aralıq dənizi üzərindən davam edən qeyri-qanuni miqrant axını ilə mübarizə çərçivəsində yeni tədbirlər görüb.
İtaliyanın Mülki Müdafiə və Dəniz Siyasətləri Naziri Nello Musumecinin təklifi ilə hökumət Aralıq dənizində fövqəladə qeyri-qanuni mühacir cəhdləri ilə mübarizə məqsədilə ölkə daxilində 6 ay müddətinə fövqəladə vəziyyət elan edib.
Təklifi Daxili İşlər naziri Matteo Piantedosinin tələbi ilə təqdim etdiklərini qeyd edən nazir Musumec bildirib: "Bu 300 faizə qədər çatan qeyri-qanuni mühacir cəhdlərinin ciddiliyini yaxşı bilən daxili işlər nazirimizin tələbini məmnuniyyətlə yerinə yetirdik".
Fövqəladə vəziyyətin tətbiqi ilə qeyri-qanuni miqrantların idarə olunması və onların milli torpaqlarda yerləşdirilməsi baxımından daha təsirli və vaxtında reaksiya verilməsi hədəflənir.
Digər tərəfdən, ötən cümə günündən bəri İtaliya Sahil Mühafizəsi qrupları 2700-dən çox qeyri-qanuni miqrantı xilas edib.
Məğrur
Sitat.info