Qazaxıstanda taxılın ölkəyə qanunsuz daxil olmasının qarşısını almaq üçün 6 ay müddətinə quru yolu ilə taxıl idxalına qadağa qoyulması qərara alınıb.
Sitat.info-nun məlumatına görə, Qazaxıstan Kənd Təsərrüfatı Nazirinin müavini Yerbol Tasjurekov mətbuat konfransında qurudan taxıl idxalının 6 ay müddətinə qadağan edildiyini və qərarın aprelin 10-dan etibarən qüvvəyə mindiyini açıqlayıb.
Tasjurekov bildirib ki, bu qərar qonşu ölkələrdən taxılın qanunsuz daxil olmasının qarşısını almaq üçün qəbul edilib.
Qadağa qərarının yalnız quru nəqliyyatı ilə taxıl daşınmasını əhatə edir, dəmir yolu ilə taxıl idxalı üçün heç bir məhdudlaşdırıcı tədbirin tətbiq edilməyib.
Tasjurekov ölkənin xüsusilə Rusiya sərhədinə yaxın əyalətlərində qeyri-qanuni taxıl girişinin artdığına diqqət çəkərək, bu vəziyyətin daxili taxıl bazarında sabitliyi pozduğunu və büdcə itkilərinə səbəb olduğunu vurğulayıb.
Qazaxıstanın Rusiya sərhədinə yaxın bölgələrindən quru yolu ilə ölkəyə daxil olan Rusiya taxılı üçüncü ölkələrə, ilk növbədə Özbəkistan, Əfqanıstan və Tacikistana satılır.
Bu vəziyyət Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanın daxili bazarına mənfi təsir göstərir.