ABŞ-da təkrar emal müəssisəsində yanğından zəhərli tüstü yayılır

23:09 12 Aprel 2023

ABŞ-ın Riçmond şəhərində təkrar emal müəssisəsində baş verən yanğından zəhərli tüstünün yayıldığı və 2000-ə yaxın insanın təxliyə əmri verildiyi bildirilib.

Sitat.info xəbər verir ki, ABŞ-ın İndiana ştatının Riçmond şəhərində təkrar emal müəssisəsi alovlara qərq olub. Çərşənbə axşamı günortadan sonra başlayan yanğını söndürmək üçün səylər davam edərkən, Wayne County Fövqəladə İdarəetmə Agentliyi təxminən 2,000 nəfərin təxliyəsi üçün əmr verildiyini açıqlanıb.

İndiana ştatının yanğınsöndürmə rəisi Stiv Cons verdiyi açıqlamada yanan materiallar arasında plastiklərin olduğunu və müəssisədən çıxan tüstünün "zəhərli" olduğunu bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti