Ukrayna prezidenti Volodimir Zelenski rus əsgərlərinin ukraynalı əsgərin başını kəsdiyi iddia edilən görüntülərə münasibət bildirərkən deyib: “Rusiya bunu yeni normaya çevirməyə çalışır”.
Sitat.info xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində dəhşətli görüntülər peyda olmaqda davam edir. Sosial mediada rus əsgərlərinin əsir götürdükləri ukraynalı əsgərin başını kəsdiyi anlara aid olduğu iddia edilən görüntü paylaşılıb. Böyük reaksiyaya səbəb olan görüntünün harada qeydə alındığı məlum olmasa da, Ukrayna əsgəri olduğu bildirilən şəxsin digər əsgərə yalvardığı görülüb. Müharibənin gündəmini dəyişən görüntüdən sonra həm Rusiyadan, həm də Ukraynadan açıqlama gəlib.
Ukrayna prezidenti Volldimir Zelenski sosial media hesabında paylaşıb: "Bu, Rusiyanın videosu. Tam olaraq Rusiyanın yeni norma yaratmağa çalışdığı videodur. Hər kəs, hər bir lider buna reaksiya verməlidir. Bunu unutmaq olmaz. Terrorizmə qalib gəlmək lazımdır".
Məğrur
Sitat.info