Almaniyanın xarici işlər naziri Annalena Berbok Çinin dünyada dəyişən rolunu nəzərə aldıqlarını bildirib.
Sitat.info xəbər verir ki, Annalena Berbok, Çinə getməzdən əvvəl verdiyi açıqlamada: "Avropanın Çin siyasətinin kompası ortaq, rəqib və sistemli bir rəqibdir. İynənin gələcəkdə hansı istiqamətə dönəcəyi Çinin hansı yolu seçəcəyinə bağlıdır. Yeni Çin strategiyamızda Çinin dünyada dəyişən rolunu nəzərə alırıq”, - deyə bildirib.
Berbok qeyd edib ki, Çinə səfəri zamanı o, vətəndaş cəmiyyətinin təşviqi, iqlimin qorunması və bərpa olunan enerji kimi gələcəyə yönəlmiş sektorlarda gələcək əməkdaşlıq imkanlarını araşdıracaq.
Seymur Bənnayev
Sitat.info