Ukraynada Rusiya işğalı bir ildən artıqdır davam etsə də, hərbi cinayət iddiaları davam edir. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə rus əsgərinin əsir düşmüş ukraynalı əsgərin başını kəsməsi hiddətə səbəb olub.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski dünyada heç kimin rusların insanları necə asanlıqla öldürməsinə göz yummaması lazım olduğunu ifadə edərək bildirib: “Ukraynalı məhbusun öldürülməsi görüntüsünə bütün dünya baxmalıdır. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) görüntülərlə bağlı araşdırmalara başlayıb.
İddialarla bağlı Rusiyadan açıqlama gəlib. Kremlin sözçüsü Dmitriy Peskov, Ukrayna əsgərinin başının kəsilməsi görüntüləri ilə bağlı deyib: "Bu dəhşətli görüntünün doğru olub-olmadığını, harada və kim tərəfindən edildiyini araşdırmaq lazımdır".
Məğrur
Sitat.info