İsrail rəhbərliyindən yəhudilərə qadağa - Məscidül-Əqsaya girə bilməyəcəklər

09:58 13 Aprel 2023

İsrailin baş naziri Benyamin Netanyahu, radikal yəhudilərin işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqınlarını Ramazan ayının sonuna qədər dayandırmaq qərarına gəlib.

Sitat.info xəbər verir ki. baş nazirlikdən verilən açıqlamada, baş nazir Benyamin Netanyahunun hərtərəfli vəziyyətin qiymətləndirilməsi toplantısı keçirdiyi qeyd edilib.

Bəyanatda, müdafiə naziri Yoav Gallant, Baş Qərargah rəisi Herzi Halevi, Daxili Kəşfiyyat Təşkilatı Şin-Bet (Şabak) rəhbəri Ronen Bar və polis rəisi Yaakov Şabtainin məsləhəti ilə Netanyahu "yəhudi ziyarətçi və turistlərin" ramazan ayının sonuna qədər Məscidül-Əqsaya girmələrinin qadağan edilməsinə qərar verdiyi bildirilib.

Məğrur

Sitat.info



Xəbər xətti