Bu gün 12-ci dəfədir ki, Fransada pensiya islahatına qarşı olan işçilər ölkə boyu tətilə başlayır.
Sitat.info xəbər verir ki, Tətillə əlaqədar bəzi qatarların ləğvi; zavod işçilərinin, zibil yığanların və müəllimlərin işdən çıxması gözlənilir.
Sözügedən 12-ci tətil dalğası Konstitusiya Şurasının cümə günü elan edilməsi gözlənilən qanun layihəsi ilə bağlı qərarından bir qədər əvvəl keçiriləcək.
Şura qanuna yaşıl işıq yandırsa, hökumət qanunu yaymaq səlahiyyətinə malik olacaq. Belə olan halda etirazların sona çata biləcəyi təxmin edilir.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Şuranın qərarından sonra digər təkliflər üzərində işə başlamaq üçün həmkarlar ittifaqları ilə görüş keçirəcəyini açıqlayıb.
Makron Hollandiyaya səfəri zamanı deyib: “Ölkə irəliləməyə, işləməyə və bizi gözləyən çağırışlarla üzləşməyə davam etməlidir”.