Ötən ay PKK-lıları qonaq edən Fransa parlamentinin deputatları yeni qalmaqala imza atıblar. Hakim İntibah Partiyasının deputatları PKK/YPG liderlərini qonaq edib. Terror təşkilatı PKK Almaniyada aprelin 15-də genişmiqyaslı aksiyaya hazırlaşır.
Sitat.info xəbər verir ki, Terror təşkilatı PKK/YPG-yə dəstəyi ilə tanınan Fransa növbəti dəfə qalmaqala imza atıb.
Terror təşkilatı PKK/YPG-lilərə ötən ay Fransa Senatında qonaq edilərək "şərəf" medalı verilməsinin ardından, fransız deputatlar da oxşar hadisə ilə gündəmə gəliblər
Hakim İntibah Partiyasının deputatları PKK/YPG liderlərini qonaq edib.
Fransalı deputat Sara Tənzilli qalmaqallı görüşün fotosunu sosial media hesabında paylaşaraq terrorçularla görüş barədə məlumat verib.
Qeyd edək ki, mart ayında PKK/YPG üzvləri Fransa Senatında qonaq edilib, terrorçulara qondarma şərəf medalları verilib.
Hadisədən sonra Fransanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və qalmaqallı hadisə pislənib.
Məğrur
Sitat.info