Ötən həftə Kanada yaxınlığındakı Maine əyalətinə düşən meteoriti tapana 25 min dollar mükafat veriləcəyi açıqlanıb.
Sitat.info xəbər verir ki, Maine ştatındakı bir muzey keçən həftə ABŞ və Kanada sərhədinə enməzdən əvvəl səmada iz qoymuş kosmik qayanın qalıqları üçün 25 min dollar təklif edir.
Gün işığında görünən və səs bumu yaradan alov topu radar tərəfindən aşkar edilib.
NASA-nın Astromaterialların Tədqiqat və Kəşfiyyat Elmləri (ARES) Laboratoriyası Calais yaxınlığında meteorit parçalarına rast gəlinə biləcək əraziləri təxmin edib.
Maine Mineral və Daş Muzeyinin meteorit bölməsinin rəhbəri Darryl Pitt, günəş sistemi haqqında dəyərli məlumatları ehtiva edə biləcək meteorit parçalarını araşdırmaqda maraqlı olduğunu söyləyib.
Çəkisi 1 kiloqram və ya daha çox olan ilk meteorit parçasına görə 25.000 mükafat veriləcək.
Bununla belə, muzeyin “ölçüsündən asılı olmayaraq” istənilən nümunəyə görə ödəniş edə biləcəyi açıqlanıb.
Pitt bildirib ki, dünyada hər il Yerə düşən yüzlərlə meteoritdən yalnız 8-10-u tapılır.
Məğrur
Sitat.info