Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirib

11:19 13 Aprel 2023

Rusiya Müdafiə Nazirliyi qitələrarası ballistik raketlə sınaq atışının həyata keçirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı bəyanatda ölkənin cənubundakı Həştərxan bölgəsindəki Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin atıldığı bildirilib.

Bəyanatda raketin sınaq atışının uğurla həyata keçirildiyi vurğulanıb.

“Buraxılışın məqsədi qabaqcıl qitələrarası ballistik raket avadanlığının sınaqdan keçirilməsi olub”, -  bəyanatda deyilir.

Sınaq atışının həyata keçirildiyi raketin adı ilə bağlı məlumat verilməyib. Raketin Qazaxıstanın Sarı-Şaqan poliqonunda hədəfi vurduğu bildirilib.

Məğrur

Sitat.info



Xəbər xətti