Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak deyib: "Kiberhücum haqqında fikirləşməyə daha az, uzaqmənzilli silahlara daha çox ehtiyacımız var”.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Podolyak ABŞ Müdafiə Nazirliyinin Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar məxfi sənədlərinin ələ keçirilməsi ilə bağlı açıqlama verib.
Podolyak sosial media hesabında yazıb: “Müharibəyə düzgün şəkildə son qoymaq və Rusiya Federasiyasının reallıqla üz-üzə gəlməsinə imkan vermək üçün kiberhücum haqqında düşünməyə daha az, uzaqmənzilli silahlara isə daha çox ehtiyacımız var”.
ABŞ mediası bildirir ki, müdafiə naziri Lloyd Austin kiberhücumla bağlı verdiyi açıqlamada: "Bunun mənbəyini və ölçüsünü tapana qədər hər daşın altına baxmağa və araşdırmağa davam edəcəyik", - deyə bildirib.
Məğrur
Sitat.info