Pakistanın Kəraçi şəhərində fabrikdə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Pakistanın Kəraçi şəhərində fabrikdə yanğın baş verib. Yanğının əhatə dairəsi qısa müddətdə böyüyüb, fabrikin bəzi hissləri dağılıb, hadisə yerinə çox sayda yanğınsöndürən və ilk tibbi yardım qrupu göndərilib.
Rəsmilər yanğına müdaxilə edən 4 yanğınsöndürənin hadisə yerində öldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Xəsarət alanlar arasında 11 yanğınsöndürən və 2 mülki vətəndaşın olduğu, yaralıların müalicə olunmaq üçün xəstəxanaya aparıldığı bildirilib.
Seymur Bənnayev
Sitat.info