Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), aprelin 2-də Sankt-Peterburqda baş verən partlayışı Ukrayna kəşfiyyatının təşkil etdiyini bildirib.
Sitat.info xəbər verir ki, FTX-dən verilən açıqlamada qeyd olunub ki, Sankt-Peterburqda kafedə baş verən partlayışda rusiyalı bloger Maksim Fominin öldüyü, 50-dən çox insanın yaralanıb.
Açıqlamada bu partlayışda Fominin hədəf alındığı qeyd olunub.
"Bu terror aktının Ukrayna xüsusi xidmət orqanları və kəşfiyyatı tərəfindən təşkil edildiyi müəyyən edilib. Onların arasında xaricə qaçan rusiyalı müxaliflər də var. Fominin qətli Darya Trepova və bir üzvü Ukraynaya məxsus terror qrupunun üzvü, 1987-ci il təvəllüdlü Yuri Denisov tərəfindən hazırlanıb. Denisov içərisində partlayıcı maddə olan heykəlciyi kuryerlə Trepova göndərib”.
Qeyd edək ki, istintaq çərçivəsində şübhəli bilinən Darya Trepova aprelin 3-də saxlanılıb və içərisində partlayıcı maddə olan heykəlciyi kafeyə gətirdiyini etiraf edib. Moskvanın Basmannı vilayət məhkəməsi Trepovanın iyunun 2-dək həbsinə qərar verib.
Kremlin sözçüsü Dmitriy Peskov partlayışın "terror aktı" olduğunu və bu terror aktının planlaşdırılması prosesində Ukrayna kəşfiyatının iştirak etdiyinə dair məlumatların olduğunu bildirib.
Denisovun beynəlxalq axtarışa verilməsi ilə bağlı prosesə başlanılıb.
Məğrur
Sitat.info