Almaniya hökuməti Polşanın keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ehtiyatlarından əldə etdiyi Sovet istehsalı olan qırıcıları Ukraynaya verməsinə icazə verib.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Daha əvvəl Polşa hökumətinin Almaniya hökumətindən “MiQ-29” qırıcılarının Ukraynaya ötürülməsinə razılıq verilməsini rəsmi şəkildə xahiş etdiyi məlum olmuşdu.