"Seçki gündəminin zəlzələ qurbanlarının problemlərini unutdurmasına əsla icazə vermirik və verməyəcəyik".
Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada zəlzələ qurbanları ilə iftar yeməyi zamanı deyib.
Çıxışına bütün Malatyalılara salamlarını çatdırmaqla başlayan Ərdoğan zəlzələ qurbanlarının yanında birlik, qardaşlıq, bolluq süfrəsi arxasında olmaqdan xoşbəxt olduqlarını dilə gətirib.
Ərdoğan deyib: "Peyğəmbərimiz ümmətinə müjdə verir ki, Ramazanın son 10 günü cəhənnəm əzabından qurtuluş vasitəsidir. Bizlərə min aydan daha xeyirli olan Qədr gecəsini son 10 gündə axtarmağımız tövsiyə edilir. Dua edirəm ki, bu mübarək günlər zəlzələ qurbanlarımızla birlikdə bütün xalqımıza xeyir-dua gətirsin".
Ərdoğan zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr, yaralananlara isə şəfa diləyib.
Zəlzələdən zərər çəkmiş vilayətlərə dəfələrlə səfər etdiyini xatırladan Prezident, Ramazan ayının ilk həftəsində Xalq İttifaqı olaraq bu səfərləri davam etdirdiklərini, indiyədək bir çox şəhərlərdə zəlzələ qurbanlarının iftar süfrələrində qonaq olduqlarını və olacaqlarını bildirib.
Seymur Bənnayev
Sitat.info