Fransa məhkəməsinin PKK terrorçuları barəsində qərarı bu gün açıqlanacaq

10:55 14 Aprel 2023

Fransada terror təşkilatı PKK-nın dağ kadrlarına mənsub olduqları bildirilən 11 müttəhimin kürd icmasından "təşkilat üçün şantaj edərək pul və zorla kadr toplamaq" ittihamı ilə mühakimə olunduğu məhkəmənin nəticəsi bu gün açıqlanacaq.

Sitat.info xəbər verir ki, Fransada bir qadının terror təşkilatı PKK-ya qoşulmaq üçün qaçırılmasından sonra 2020 ci ilin iyun ayında terrorla mübarizə prokurorluğu tərəfindən istintaq başladılıb.

Araşdırma zamanı müəyyən edilib ki, 2020-ci ilin sentyabrından 2021-ci ilin martına qədər terror təşkilatı PKK üçün Fransadakı kürd icmasından “vergi” adı ilə xərac yığılıb.

Terror təşkilatının dağ dəstəsində olduğu elan edilən 4-ü həbs edilən 11 müttəhim haqqında Paris Cəza Məhkəməsinin qərarı bu gün açıqlanacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti