"Qeyri-sabit hava şəraiti ilə əlaqədar əsgərlərimizin Ermənistan ərazisinə keçməsi, əsir götürülməsi, onlara işgəncələr verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya növbəti dəfə bəyan etdi".
Sitat.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Ermənistan Xocalıda etdiyi vəhşiliyi bu gün bunu əsgərlərimizin üstündə təkrarlayır: "Nəinki təkrarlayır, həm də dünyaya çəkib göstərir. Bu qətiyyətlə pislənməlidir. Bu cinayəti törədənlər cavab verməli olacaqlar".