"Taxıl Dəhlizi Sazişinin Rusiyaya aid hissəsi yerinə yetirilməyib və buna görə də onun tarixinin gələcəkdə uzadılması mümkün hesab edilmir".
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirlindən yazılı açıqlama verilib.
Müqavilənin icrası ilə bağlı faktların təhrif edildiyini vurğulayan BMT-nin açıqlamasında sözügedən razılaşmanın paket şəklində edildiyi xatırladılıb.
Taxıl müqaviləsi çərçivəsində İstanbulda gəmilərin yoxlanılması ilə bağlı problemlər olduğuna diqqət çəkən açıqlamada qeyd olunub: "Hazırda 1 milyon tondan çox ərzaq daşıyan 28 gəmi Türkiyə sularında yoxlanış və qeydiyyat üçün gözləyir. Lakin BMT-nin təftiş planının qurulmasına cavabdeh olan koordinasiya mərkəzindəki rəsmiləri müqavilə əsasında gəmilərin qeydiyyata alınmasında ukraynalılara dəstək verməyə çalışaraq qeydiyyat prosesindən imtina ediblər".
Açıqlamada, həmçinin, Ukraynadan ehtiyacı olan ölkələrə taxıl daşımalarının 2,6% azaldığı, 40%-dən çoxunun isə Avropa İttifaqı (Aİ) ölkələrinə göndərildiyi və bunun razılaşmaya zidd olduğu bildirilib.
Bəyanatda qeyd olunub ki, taxıl sazişinin Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınması ilə bağlı hissəsi yerinə yetirilməyib.
Malaviyə getməli olan 262 min ton gübrənin 20 tonu Latviya, Estoniya, Belçika və Hollandiya limanlarında saxlanıldığı, Rusiya kənd təsərrüfatı məhsullarının ixracı qarşısındakı maneələr Rusiya ilə BMT arasında bağlanmış razılaşmaya əsasən aradan qaldırılmalı olduğu bildirilib.
Nazirliyin açıqlamasına görə, bu kontekstdə 5 sistematik problem aradan qaldırılmadan taxıl sazişi mayın 18-dən sonra uzadılması mümkün görülmür.
Seymur Bənnayev
Sitat.info