Hollandiya 12 yaşdan kiçik uşaqlar üçün evtanaziyaya icazə verəcək

12:58 14 Aprel 2023

Hollandiya hökuməti dözülməz ağrılardan əziyyət çəkən və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya haqqı verməyə hazırlaşır.

Sitat.info xəbər verir ki, əsasnamənin bu gün Nazirlər Şurasına təqdim edilməsi gözlənilir.

Dünyada evtanaziyanı qəbul edən ilk ölkə olan Hollandiyada 2002-ci ildən bu yana sağalmaz xəstəlikləri olanların müəyyən şərtlər altında ölməsinə icazə verilir.

Bununla belə, bu proqram yalnız 12 və daha yuxarı yaşda olan şəxsləri əhatə edir.

Mütəxəssislər təklif edirdilər ki, həyatlarının son mərhələsində qayğı və müalicənin yetərli olmadığı 1-12 yaşlı uşaqlara ölüm hüququ verilməlidir.

Əksəriyyətin dəstəklədiyi bu qərardan ildə 12-yaşdan aşağı beş uşaq faydalanacaq. 

Qaydaya əsasən, uşağın istədiyini ifadə edə bilməyəcəyi ehtimal edilən hallarda hər iki valideyn evtanaziya ilə bağlı razılığa gəlməlidir.

Uşağın həkimi də evtanaziya ilə bağlı qərar vermək üçün ən azı bir müstəqil həkimlə məsləhətləşməli olacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti