Mixaylo Podolyak: "Ukraynada 77 000-dən çox müharibə cinayəti törədilib"

13:56 14 Aprel 2023

"Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 77 000-dən çox müharibə cinayəti törədilib".

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, bu siyahıya qətllər, işgəncələr, deportasiyalar və s. daxildir: “Xüsusi tribunalın yaradılması savaşın ədalətli başa çatması üçün vacib məqamdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.



Xəbər xətti