Finlandiya səfirliyinə içərisində barıt olan məktublar göndərilib.
Sitat.info RİA xəbər agentliyinə istinadən xəbər verir ki, Finlandiyanın Moskvadakı səfirliyi tərkibində toz olan üç məktub aldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Finlandiyanın Moskvadakı səfirliyinə göndərilən 3 məktubun içərisində barıt olduğu qeyd edilib.
Qeyd edək ki, Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-ya qoşulduqdan və ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansın 31-ci üzvü olduqdan sonra Moskva ilə Helsinki arasında münasibətlər kəskin şəkildə pisləşib.
Seymur Bənnayev
Sitat.info