Avropa İttifaqı (Aİ) Rusiyanın “Wagner Group” təhlükəsizlik şirkəti və Rusiya KİV-i RİA FAN-ı sanksiya siyahısına daxil edib.
Sitat.info xəbər verir ki, “Wagner Group” və “RİA FAN” şirkətləri Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etdiyi üçün sanksiyalar siyahısına əlavə edilib.
Aİ-nin fevralın 25-də verdiyi açıqlamada RİA FAN-ın Rusiyada hökumətyönlü təbliğat və dezinformasiya aparan xəbər agentliyi olduğu bildirilib.
Avropa Şurasının son qərarı ilə Aİ-nin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısındakı şəxslərin sayı 1473, təşkilatların sayı isə 207 olub.
Məğrur
Sitat.info