Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, V.Zelenski bu barədə Tvitterdə yazıb.
O bildirib ki, R.Sunakla cəbhədəki vəziyyəti müzakirə edib.
Tərəflər həmçinin Rusiyaya qarşı birgə mübarizə və Ukraynaya dəstəklə bağlı fikir mübadiləsi aparıblar.