Belarusun müdafiə naziri Viktor Hrenin Qərbin onlara qarşı düşmənçilik ritorikasını davam etdirəcəyi təqdirdə strateji nüvə silahı alacaqlarını bəyan edərək: “Biz gücə ancaq güclə cavab verəcəyik. Qərb başqa cür başa düşmür”, - deyə o bildirib.
Sitat.info xəbər verir ki, Belarusun müdafiə naziri Viktor Hrenin Brest şəhərində jurnalistlərə açıqlama verib.
Budapeşt Memorandumu ilə Belarusun könüllü olaraq nüvə silahından imtina edən ilk ölkələrdən olduğunu xatırladan Hrenin, Belarusa təzyiq olunmayacağına, o cümlədən iqtisadi təzyiqlərə məruz qalmayacağına dair zəmanətlərin verildiyini bildirib.
"İndi nə görürük? Bütün bunlar ondan istifadə edən bir neçə dövlətin maraqları naminə edilib. Dünya liderliyi üçün mübarizə aparırlar və bu memoranduma əhəmiyyət vermirlər”, - deyə Hrenin əlavə edib.
Seymur Bənnayev
Sitat.info