NATO Baltik dənizində hava təlimləri keçirir

20:12 14 Aprel 2023

Baltik dənizi üzərində NATO-nun “Ramstein Alloy 2023-1” hava təlimi keçirilib.

Sitat.info xəbər verir ki, builki təlimlərə Türkiyə ilə yanaşı, Almaniya, Portuqaliya, Rumıniya, Finlandiya, Litva və İspaniya da qoşulub.

Təlim zamanı F-16 təyyarələri müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib və quru qoşunlarına havadan dəstək verib.

Finlandiya təyyarələri aprelin 4-də ölkənin alyansa üzv olmasından sonra ilk dəfə NATO təlimində iştirak edib.

NATO-nun bəyanatında, müttəfiqlər arasında koordinasiyanı artırmaq məqsədi daşıyan təlim sayəsində müttəfiq təyyarələrin Baltikyanı hava məkanına inteqrasiyasının artdığı qeyd olunub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti