Rusiya: Türkiyə-Suriya münasibətlərinin yaxşılaşması bölgədəki vəziyyəti dəyişəcək

22:05 14 Aprel 2023

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Suriya arasında münasibətlərin yaxşılaşmasının bölgədəki vəziyyətdə ciddi dəyişikliklər yaradacağını bəyan edərək: “Bunu hər cür təşviq etməyə və dəstəkləməyə hazırıq”, - deyib.

Sitat.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistanda keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib.

Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin görüşü ilə bağlı sualı cavablandıran Lavrov görüşün tarixi, yeri və mövzularının müəyyənləşmə mərhələsində olduqlarını bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı mövqeyimiz bəllidir. Bu məsələdə heç bir şərt qəbul edilə bilməz. 

Türkiyə ilə Suriya arasında əlaqələrin yaxşılaşdırılmasının vacibliyi bir daha vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti