Çin Rusiya-Ukrayna müharibəsində tərəflərdən heç birinə silah satmayacağını vəd edir

22:56 14 Aprel 2023

Çinin xarici işlər naziri Çin Qanq ölkəsinin Rusiya-Ukrayna müharibəsində ehtiyatlı və məsuliyyətli mövqe tutduğunu və münaqişə edən tərəflərin heç birinə silah satmayacağına söz verib.

Sitat.info xəbər verir ki, Çinə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə örüşdən sonra keçirilən mətbuat konfransında Çinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Ölkəsinin silah və sursat ixracı ilə bağlı ehtiyatlı və məsuliyyətli mövqe tutduğunu ifadə edən Çin Qanq deyib: “Çin münaqişənin heç bir tərəfinə silah tədarük etməyəcək, qanun və qaydalara uyğun olaraq ikili funksiyalı məhsulların ixracına nəzarət edəcək".

Ukrayna böhranında bütün tərəflərin təmkinli davranması və gərginliyi artıracaq addımlardan qaçaraq sülh danışıqlarını təşviq etməsi lazım olduğunu vurğulayan Çin Qanq qeyd edib ki, bir tərəfin təhlükəsizlik maraqlarına əməl edilməzsə, böhranlar və qarşıdurmalar qaçılmaz olacaq.

Çin Qanqın sözləri Pekin administrasiyasının Rusiyaya silah satışı ilə bağlı bu günə qədər verdiyi ən aydın bəyanat idi.

Məğrur

Sitat.info



Xəbər xətti