Fransada pensiya islahatının təsdiqindən sonra ölkənin müxtəlif şəhərlərində eyni vaxtda nümayişlər keçirlməyə başlayıb.
Sitat.info xəbər verir ki, bu gün mübahisəli pensiya islahatı Konstitusiya Şurası tərəfindən təsdiqləyib.
Paris, Lion, Renn və Nant kimi müxttəlif şəhərlərdə sakinlər qərarın təsdiqindən narazılıqlarını ifadə etmək məqsədi ilə küçələrə axışıblar.
Paytaxtın simvolik "Respublika Meydanı"ndan keçən nümayişçilər yollardakı zibil qutularını yıxaraq yandırıblar. Nümayişçilər avtobus dayanacaqlarının şüşələrini sındıraraq “Paris, ayağa qalx” şüarları səsləndiriblər.
Polis etirazçılara gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.
Yerli media Nant şəhərində polislə nümayişçilər arasında gərginliyin artdığını, nümayişçilərin Nant qubernatorluğunun binasına şüşə butulkalar atdığını bildirib.
Məğrur
Sitat.info