Kreml öz döyüşçülərindən təyinatına görə deyil, hücum üçün piyada kimi istifadə edib. Burada problem ondan ibarətdir ki, ordudan düzgün istifadə olunmayıb.
Sitat.info xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Denis Popoviç Rusiya xüsusi təyinatlılarının itkilərinin 95% olması barədə məlumatı şərh edərkən deyib.
"Yəni müdafiəni ələ keçirmək və yarmaq üçün möhkəmləndirilmiş mövqelərə basqın etmək xüsusi təyinatlıların vəzifəsi deyil. Onlar üçün müəyyən tapşırıqlar olur, kifayət qədər spesifik və konkret... Bu vəziyyət rus işğalçıları arasında ixtisaslı piyadaların çatışmazlığından xəbər verir. Rusiyanın bu potensialını bərpa etmək üçün illər lazım olacağı barədə kəşfiyyat məlumatları ilə razılaşa bilərik",- o bildirib.
/Axar.az