Almaniya nüvə enerjisindən imtina etdi

10:16 17 Aprel 2023

Şənbə günündən bazar gününə keçən gecə ölkə üzrə son üç atom elektrik stansiyasının bütün reaktorları bağlanıb. Beləliklə, Almaniya nüvə enerjisi istehsalını dayandırıb.

Sitat.info xəbər verir ki, Almaniyada 61 ildən sonra nüvə enerjisi erası başa çatıb.

Bavariyada "Isar 2", Baden-Vürtemberqdə "Neckarwestheim 2" və ölkənin şimal-qərbindəki "Emsland" nüvə elektrik stansiyaları fəaliyyətini dayandırıb. Beləliklə, ölkədə nüvə enerjisi istehsalından çıxmaq prosesi başa çatıb.

Atom elektrik stansiyaları ötən il ölkənin enerji ehtiyacının təxminən 6 faizini ödəyib. Ölkədə fəaliyyətini dayandırmış 30-a yaxın atom elektrik stansiyası sökülməlidir. Atom elektrik stansiyasının sökülməsi prosesi təxminən 15 il çəkir. Radioaktiv tullantıların saxlanması üçün hələ də qəti həll yolu tapılmayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti