ABŞ-ın aparıcı qəzetlərindən olan "Wall Street Journal" (WSJ) İranın İsrailə hücum etmək üçün Livanda yerləşən Şiə Hizbullah, Fələstinin Həmas və İslami Cihad təşkilatları ilə əlaqə saxladığını yazıb.
Sitat.info xəbər verir ki, adı açıqlanmayan mənbələr "AMERICAN WSJ"yə bildiriblər ki, İran İnqilab Keşikçiləri Ordusunun xarici əməliyyatlara cavabdeh olan Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani keçən həftə Həmas, Hizbullah və İslami Cihad liderləri ilə görüşmək üçün gizli şəkildə Livana gedib.
Buna uyğun olaraq görüş İranın Beyrutdakı səfirliyində keçirilib.
Seymur Bənnayev
Sitat.info