Cənubi Koreya, ABŞ və Yaponiya birgə raket təlimlərinə başlayır

11:55 17 Aprel 2023

Cənubi Koreya, ABŞ və Yaponiya Şərq dənizində beynəlxalq sularda birgə raketdən müdafiə təlimlərinə başlayıb.

Sitat.info xəbər verir ki, Cənubi Koreya ordusu "Aegis" raket hücumundan müdafiə sisteminə sahib döyüş gəmilərinin iştirak etdiyi təlimə Cənubi Koreyanın "ROKS Yulgok Yi I", ABŞ-ın "USS Benfold" və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin "JS Atago" esminesləri ilə qatıldığını açıqlayıb. 

Raket hədəfləri üçün izləmə və aşkarlama fəaliyyətləri və kəşfiyyat-məlumat mübadiləsi prosedurlarını ehtiva edən təlimin Şimali Koreyanın nüvə silahları və raket təhdidlərinə qarşı üçlü təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsi üçün həyata keçirildiyi açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti