İranda məcburi hicaba riayət etməyən qadınların telefonlarına xəbərdarlıq mesajları gəlməyə başlayıb.
Sitat.info xəbər verir ki, göndərilən mesajda deyilir: “Hörmətli vətəndaş, hər bir qanun kimi, hicab qanununa hörmət etmək və ona əməl etmək vacibdir”.
Qeyd edək ki, İran Ali Məhkəməsi avtomobili hicabsız idarə etmək məsələsinə aydınlıq gətirib.
Belə ki, İslam Cəza Qanunun 638-ci maddəsinə əsasən, ictimai yerlərdə və yollarda hicabını açan qadınlar məsuliyyətə cəlb olunurlar. Avtomobillərdə hicab qaydalarına riayət etməyən şəxslər həbs olunacaq və cəzalandırılacaqlar.
sitat.info