Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Braziliyaya rəsmi səfər edib.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı və səfərin fotolarını Rusiya XİN öz tviter hesabında paylaşıb.
Lavrovun sözügedən səfərə rəsmi geyimdə deyil, cins şalvar və idman ayaqqabısı ilə yollanması sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, rusiyalı nazirin bütün tədbirlərə rəsmi geyimdə qatılması fonunda onun bu səfərə qeyri-rəsmi formada yollanması müzakirələrə səbəb olub.
Xatırladaq ki, S.Lavrov 2016-cı ildə Monqolustana səfəri zamanı da qeyri-rəsmi geyimə üstüllük verib. O, bu zamanda öz seçiminə görə müzakirələrin mərkəzində yer alıb.