Slovakiya vəd etdiyi tədarük çərçivəsində Ukraynaya daha 9 ədəd MiQ-29 döyüş təyyarəsi göndərib.
Sitat.info xəbər verir ki, bu barədə Slovakiyanın Müdafiə Naziri Yaroslav Nad açıqlama verib.
Müdafiə Nazirliyindən verilən açıqlamada ilk partiyanı təşkil edən 4 ədəd MiQ-29 təyyarəsinin mart ayında təhvil verildiyi, qalan 9 ədəd MiQ-29 döyüş təyyarəsinin təhvil verilməsinin başa çatdırıldığı bildirilib.
Açıqlamada ilk 4 təyyarənin Ukrayna pilotları tərəfindən ölkəyə göndərildiyi, digər təyyarələrin isə quru yolu ilə çatdırıldığı qeyd olunub.
Nazir Yaroslav Nad açıqlamasında Ukraynanı dəstəkləməyə davam edəcəklərini deyib.
Seymur Bənnayev
Sitat.info