Polşa, Macarıstan və Slovakiya yerli məhsullarını qorumaq üçün Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını qadağan edib.
Sitat.info xəbər verir ki, Polşa, Macarıstan və Slovakiya Ukraynadan taxıl və ərzaq idxalına qadağa qoyub. Avropa Birliyi qərara reaksiya verib.
Aİ Komissiyasının kənd təsərrüfatı və ticarətdən məsul sözçüsü Miriam Qarsia Ferrer Ticarət siyasətinij Aİ-nın xüsusi səlahiyyətində olduğunu və birtərəfli hərəkətlərin qəbuledilməz olduğunu açıqlayıb.
Rusiya-Ukrayna müharibəsinin başlaması və uzun müddət Qara dəniz limanlarından daşınmaların həyata keçirilə bilməməsi ilə Şərqi və Mərkəzi Avropa ölkələrinə əhəmiyyətli miqdarda Ukrayna taxıl və ərzaq məhsulları göndərilməyə başlanılıb.
Hər üç ölkədə fermerlər, yerli istehsalmılar uzun müddətdir Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalına son qoyulmasını istəyirlər.
Polşa sözügedən məhsulların tranzitinə də icazə verilməyəcəyini açıqlayıb.
Qadağan olunmuş məhsulların siyahısına taxıl, şəkər, süd və süd məhsulları daxildir.
Seymur Bənnayev
Sitat.info