İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında müharibə başlanandan bəri Ukraynda 750-dən çox mina itkisinin olduğu bildirilib. Bu itkilərin hələ də davam etdiyi qeyd olunur.
Sitat.info xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı dərc etdiyi kəşfiyyat hesabatında minalardan ən çox zərər çəkən bölgələrin daha əvvəl işğal olunmuş sonra isə geri qaytarılmış Xerson və Xarkov şəhərləri olduğu ifadə edilib.
Hesabatda deyilir ki, yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı ilə məşğul olmağa başlaması minalarla bağlı mülki şəxslərin ölüm riskini artacaq.
İşğal başlayandan bəri dinc sakinlər arasında minalar səbəbi ilə 750-dən çox itki qeydə alınıb və onlardan hər səkkiz itkidən biri uşaqdır.
Ukraynanın minalardan təmizlənməsinin təxminən 10 il çəkəcəyi ehtimal olunur.
Məğrur
Sitat.info