Rusiyanın Baltik Donanmasının nəzarət çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi açıqlanıb.
Sitat.info xəbər verir ki, Baltik Donanmasının mətbuat xidmətindən verilən məlumata görə, donanmanın Baltik dənizindəki bazasında yerləşən qüvvələr yoxlama çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilərək təlimə başlayıb.
Rusiyanın Krasnodar vilayətində keçirilən təlimdə donanmanın 1500-dən çox əsgəri, 10 döyüş gəmisi, 50 hərbi texnika, təyyarə və helikopteri iştirak edir.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 14-də təftiş çərçivəsində Sakit Okean Donanmasının müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin bu gün Şoyquya rus donanmalarında yoxlamaların aparılmasını tapşırıb.
Məğrur
Sitat.info