Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sabah Ukraynanın Rabitə və Texnologiya naziri Aleksandr Kubrakov ilə görüşəcək.
Sitat.info xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Ukraynanın Rabitə və Texnologiya naziri Aleksandr Kubrakov Hulusi Akarın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək. Görüş Kayseridə baş tutacaq.
Görüş zamanı ikitərəfli məsələlərin, xüsusilə Türkiyənin təşəbbü ilə yaradılmış taxıl sazişinin müzakirə olunacağı gözlənilir.
Seymur Bənnayev
Sitat.info