ABŞ-nin Sudandakı səfirliyinin avtomobilləri paytaxt Xartumda atəşə tutulub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Entoni Blinken Yaponiyada G7 ölkələrinin XİN rəhbərlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, hadisə aprelin 17-si baş verib. İnsident zamanı xəsarət alan olmayıb.
Xatırladaq ki, Sudanda bir neçə gündür ordu və xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurma davam edir. Qarşıdurma zamanı 100-ə yaxın dinc sakin həlak olub.