Tayvan Çindən artan təhlükəyə cavab olaraq ABŞ-dan 400-ə qədər quruda yerləşən Harpoon gəmi əleyhinə raketlər alacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Pentaqon bunu Tayvanın "kifayət qədər özünümüdafiə qabiliyyətini" saxlamaqla əsaslandırır.
Taypey 2020-ci ildə ordunun modernləşdirilməsi səylərinin bir hissəsi kimi bu cür alışları planlaşdırdığını bildirib. Bundan əvvəl Tsay İnq-ven ABŞ-a səfər edib və bu səfər zamanı o, Tayvana silah tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Çin Müdafiə Nazirliyi dəfələrlə ABŞ-a bildirib ki, onlar Taypey ilə istənilən rəsmi əlaqəni dayandırmalı və “bir Çin” prinsipini pozmamalıdırlar. Bununla belə, ABŞ, o cümlədən Cənubi Koreya və Yaponiya yalnız Yaponiya dənizində növbəti raketdən müdafiə təlimi elan etməklə regiondakı vəziyyəti sabitsizləşdirməyə davam edir.
Qeyd edək ki, Si Tsinpin hərbi təlimlər çərçivəsində real döyüş əməliyyatlarına hazırlığı gücləndirir.
Seymur Bənnayev
Sitat.info